“Lelo”, Ana Dolidze və “Azadlıq Meydanı” seçkilər üçün birləşirlər
Müxalif "Lelo", "Ana Dolidze - Xalq Üçün" və "Azadlıq Meydanı" hərəkatı seçkidə birgə iştirak edəcək.
InterPress.ge xəbər verir ki, müxalif birliyin təqdimatı Tbilisidə Avropa Meydanında keçirilən tədbirlə baş tutub.
Təqdimat zamanı "Lelo" partoyasının lideri Mamuka Xazaradze tərəfdaş partiya və ictimai hərəkatı təqdim edib.
"Daha böyük birləşmə olacaq, müxtəlif müxalif partiyalarla danışıqlar aparılır və yaxın gələcəkdə daha geniş şəkildə ictimaiyyət qarşısında çıxış edəcəyik", - deyə Mamuka Xazaradze təqdimatın əvvəlində jurnalistlərə bildirib.
Yeni siyasi mərkəzin liderləri bəyan edirlər ki, bu qüvvələrin birləşməsi siyasi arenada yeni cazibə mərkəzi yaradacaq.
Bununla yanaşı, "Lelo" partiyasının liderləri yeni birliyin təqdimatında qeyd ediblər ki, birliyin qapısı müxtəlif siyasi qüvvələr və aktiv şəxslər üçün açıqdır, çünki 26 oktyabr seçkiləri həlledici və referendum əhəmiyyətli olacaq.