Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə uşaqlarla görüş keçirilib

295
“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə uşaqlarla görüş keçirilib
Dinləmək üçün basın

Qardabani şəhərində fəaliyyət göstərən “Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə uşaqlarla görüş keçirilib.

Qardabani şəhərində fəaliyyət göstərən “Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə uşaqlarla görüş keçirilib.

InterPress.ge xəbər verir ki, görüş “Parlaq Gələcək” Gənclər Mərkəzi və “SİMART” Sağlam İnkişaf Platformasının birgə təşkil etdikləri “Nağıl gecələri” adlı layihə çərçivəsində baş tutub.

Bildirilib ki, “SİMART” Sağlam İnkişaf Platforması uşaqlar və yeniyetmələr üçün maraqlı hekayələr, animasiyalar, milli nağıllar, kitab və bələdçilər, valideynlər üçün inkişaf proqramları təklif edir.
Sonra uşaqlar “SİMART” Sağlam İnkişaf Platformasının təqdim etdiyi animasiyalardan birini izləyiblər. Uşaqlar izlədikləri animasiya ilə bağlı əyləncəli və maraqlı fikirlər söyləyiblər.
Tədbir onların yaradıcılıqlarını və düşüncə qabiliyyətini inkişaf etdirmələri üçün geniş imkanlar yaradıb.

Görüşün sonunda uşaqlara “SİMART” Sağlam İnkişaf Platformasının layihəsi əsasında hazırlanmış “İçərişəhərin sirli sakini” kitabı hədiyyə olunub.

Qeyd olunub ki, “Parlaq Gələcək Gənclər Mərkəzi” və “SİMART” Sağlam İnkişaf Platforması bu kimi tədbirləri Gürcüstanın azərbaycanlılar yaşayan digər şəhər və rayonlarda da keçirməyi planlaşdırır.

Sonda “Parlaq Gələcək” Gənclər Mərkəzinin rəhbəri Araz Musayev “Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”nin kitabxanasına 65 ədəd bədii və uşaq ədəbiyyatı bəxş edib.

​​​​​​

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →