Marneulidə ölümlə nəticələnən yol qəzası baş verib.
InterPress.ge xəbər verir ki, hadisə səhər saatlarında baş verib.
Məlumata görə, avtomobili idarə edən 53 yaşlı kişinin səhhətində problem yaranıb və sükanı idarəetməni itirib. Nəticədə avtomobil Kostava küçəsində yerləşən hərbi bazanın yaxınlığındakı çaya düşüb. Bir müddət sonra avtomobil və içindəki meyit çaydan çıxarılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar davam edir.

