
Tbilisidə 19 yaşlı gənc yol qəzasında ölüb
19 yaşlı Revi Demetraşvili bu gün səhər saatlarında Tbilisinin Kazbeqi prospektində baş verən yol qəzasında həlak olub.
InterPress.ge xəbər verir ki, hadisə gənc motosiklet idare edərkən baş verib.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onu təqib ediblər və ekipaj üzvlərindən biri yüksək sürətlə hərəkət edən motosikletin yolunu kesib, oğlan ekipajın maşını ilə toqquşub, nəticədə o, ölüb.
Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin yol hərəkəti və ya istismar qaydalarını pozma, insan ölümünə səbəb olan 276-cı maddəsinin altıncı hissəsi ilə cinayət işi başlanıb. Patrul ekipajı üzvlərinin həbs edilib-edilmədiyi və ya dindirildiyi məlum deyil.
İndiyədək hadisə yerindən videomaterialı internetə yerləşdirən şahid təcrid olunmuş vəziyyətdə qalır. Adıçəkilən şəxs inzibati qaydada həbs edilib. O, polis əməkdaşını təhqir etməkdə ittiham olunur.