19 
Iyl
2024
19:18
235

İliya Darçiaşvili: Gürcüstanın Avropa gələcəyinin daim güclü tərəfdarı olan Viktor Orbana minnətdarıq

“Macarıstanın Baş naziri Orbana son dərəcə minnətdarıq, o, həmişə Gürcüstanın Avropa gələcəyinin güclü tərəfdarıdır”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Macarıstanın xarici işlər naziri Piter Siyarto ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

İlya Darçiaşvilinin sözlərinə görə, Gürcüstan xarici siyasət prioritetlərini həyata keçirməyə davam edəcək.

“Gələcək gözləntilərə gəlincə, nazir Siyartonun iki il əvvəl Tbilisiyə dostluq səfərini xatırlatmaq istərdim. Bu, elə bir vaxt idi ki, Gürcüstana arqumentsiz, əsassız, sübutsuz olaraq namizəd statusu verilməmişdi. Lakin Macarıstandan açıq-aşkar nümayiş və jest oldu ki, Macarıstan Gürcüstanın Avropa yolunun qəti tərəfdarıdır və olacaq.

Cənab nazir, fürsətdən istifadə edərək bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Düşünürəm ki, bu səfər Gürcüstana heç vaxt yolundan dönməməsi üçün üçün güclü stimul, təkan və ilham verdi. Biz yorulmayacağıq. Söhbət Avropaya inteqrasiyaya gəldikdə biz çətinlikləri başa düşürük, lakin o zaman bizə verdiyiniz dəstək və güclü mesaj bizim üçün çox ruhlandırıcı idi.

Ümumiyyətlə, Macarıstanın sədrliyi dövrü Gürcüstana Avropaya inteqrasiya yolunu davam etdirməyə kömək etdi. Cənab nazir, Avropa Komissiyasının tövsiyələrinə əməl etmək üçün islahatların gündəliyinə və praktiki nəticələrə gəlincə, biz Gürcüstanda bu tövsiyələrə yaxınlaşmaq üçün bir çox qanunlar təqdim etdik və qəbul etdik və 2030-cu ildə Avropa ailəsini genişləndirmək qərarına, Gürcüstan ən hazırlıqlı ölkə olacaq.

Sizi əmin etmək istəyirəm ki, biz islahat gündəliyimizi davam etdirəcəyik. Bu, bizim gündəlik həyatımızdır və eyni zamanda, biz ikitərəfli tərəfdaşlıqdan danışarkən Macarıstana, Baş nazir Orbana son dərəcə minnətdarıq. O, həmişə Gürcüstanın Avropa gələcəyinin son dərəcə güclü tərəfdarıdır. Biz xarici siyasət prioritetlərini həyata keçirməyə davam edəcəyik və şəxsi iştirakınıza və töhfənizə görə sizə təşəkkür edirik”, - İliya Darçiaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər