21 
Iyl
2024
13:18
313

19 yaşlı motosiklet sürücüsünün ölümü ilə bağlı saxlanılan polis məmuru barəsində həbs qətimkan tədbiri seçilib

19 yaşlı motosiklet sürücüsünün ölümü ilə bağlı saxlanılan patrul polisinin əməkdaşı Quram Şavardenidze üçün iki aylıq həbs-qətimkan tədbiri seçilib.

InterPress.ge xəbər verir ki, hakim həbs qətimkan tədbiri ilə bağlı qərarı bu gün elan edib.

Saxlanılan şəxs 276-cı maddənin yol hərəkəti qaydalarını pozma 6-cı maddəsi ilə ittiham olunub. Cinayət sübuta yetirilərsə, 4 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Xatırladaq ki, hadisə iyulun 19-da Tbilisinin Kazbeqi prospektində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları yüksək sürət səbəbindən motosiklet sürən gənci təqib edib və bu zaman motosiklet sürücüsü yol hərəkəti qaydalarını pozaraq hərəkətdə olan patrul polis şöbəsinin əməkdaşının idarə etdiyi avtomobillə toqquşub. Bunun ardınca qəza və bir gəncin ölümü baş verib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 12-nə təyin edilib.

Bizimlə əlaqə saxlayın