22 
Iyl
2024
10:51
342

Gürcüstan vətəndaşlarının 69%-i Rusiyanı ölkənin əsas düşməni hesab edir- QTRM

Gürcüstan vətəndaşlarının 69%-i Rusiyanı ölkənin əsas düşməni olaraq görür.

InterPress.ge xəbər verir ki, Qafqaz Tədqiqat Resursları Mərkəzi (QTRM-Gürcüstan) “Qafqaz Barometri” 2024 sorğusunu dərc edib.

Sorğuya əsasən bu məlumatlar hər il artır:

Sorğu zamanı respondentlərin cəmi 4%-i Gürcüstanın əsas düşməni kimi ABŞ-ı, 2%-i Türkiyə, 1%-i Ermənistanı göstərib.

Ölkənin əsas dostuna gəlincə, sorğuya görə, respondentlərin 24%-i Gürcüstanın əsas dostunun Amerika Birləşmiş Ştatları olduğunu, 8%-i Azərbaycanı, 7%-i Ukrayna, 4-4%-i Türkiyə və Almaniya olduğunu söyləyib. 2%-i Rusiyanın Gürcüstanın əsas dostu olduğunu, Ermənistan və Fransanın eyni faizə sahib olduğunu deyir. Respondentlərin 1-1%-i Çin və İsrailin Gürcüstanın əsas dostları olduğunu deyir.

Respondentlərin 26%-isə  heç bir ölkənin Gürcüstanın dostu olmadığını deyir.

2024-cü ilin “Qafqaz Barometri” Gürcüstanda aparılan sorğunun 12-ci dalğasını təmsil edir. Araşdırma çərçivəsində 1509 respondentlə müsahibə aparılıb. Sahə işləri 2024-cü il aprelin 16-dan mayın 13-dək aparılıb. Maksimum xəta marjası 3%-ə qədərdir. Nəticələr bütün ölkəni, eləcə də paytaxtı, digər şəhərləri və kənd yaşayış məntəqələrini təmsil edir və işğal olunmuş əraziləri əhatə etmir.

Bizimlə əlaqə saxlayın