Etnik azlıqların sertifikasiya imtahanı ilə bağlı yeniliklər var
2025-ci ildə etnik azlıqlar xüsusi müəllim, həmçinin ibtidai sinif imtahanlarını erməni və azərbaycan dillərində verəcəklər.
InterPress.ge xəbər verir ki, bu barədə Təhsil, Elm və Gənclər Nazirliyindən bildirilib.
Qurumun məlumatına görə, agentlik etnik azlıqların müəllimləri üçün ana dilindən imtahanın təşkili üzərində işləyir.
“Bütün etnik azlıqların müəllimləri bu gün də öz ana dilində istənilən fənn üzrə öz səriştələrini təkmilləşdirmək imkanına malikdirlər. İstisnalar ibtidai sinif və həmçinin xüsusi müəllim imtahanı idi. Biz bunun üzərində işləmişik və planımız ondan ibarətdir ki, 2025-ci ildə etnik azlıqların müəllimləri erməni və Azərbaycan dillərindən birləşmiş və xüsusi müəllim imtahanlarından keçəcəklər. Biz bunu təşkil edirik”, - deyə Təhsil Nazirliyindən bildiriblər.


