Ali ədliyye şurasının üzvünü seçən komissiya - Hakim konstitusiya prinsipini pozub
Tbilisi şəhər məhkəməsi prezidentin seçdiyi namizədin Şuraya təyin edilməsi haqqında fərmanın icrasını dayandırmaqla Konstitusiyanı kobud şəkildə pozub.
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcüstanın Ali ədliyye şurasının üzvünü seçən komissiya” açıqlayıb.
Komissiyanın bəyanatında qeyd olunduğu kimi, konkret namizədlərlə bağlı tövsiyələrini prezidentə təqdim etdikdən sonra işlərini yekunlaşdırıblar, lakin ictimai marağın yüksək olması səbəbindən komissiyanın keçmiş üzvləri kimi Tbilisi Şəhər Məhkəməsinin bu il iyulun 22-dəki qərarla bağlı rəyimizi ictimaiyyətə çatdırmağı vacib hesab edirik.
Komissiya üzvlərinin sözlərinə görə, hakim Leyla Foladaşvili iddianın təmin edilməsi ilə bağlı iddiaçının vəsatətini təmin edib və prezidentin fərmanının qüvvəsini prosesin sonunadək dayandırıb, Həmçinin 5 ay müddətində prezidentə yeni namizəd və ya hər hansı formada Ali Ədliyyə Şurasına başqa üzv təyin etmək qadağan edilib.
Komissiya üzvləri hesab edirlər ki, hakim Leyla Foladaşvili sözügedən qərarla Gürcüstan Konstitusiyası ilə təminat verilən hakimiyyət bölgüsü prinsipini kobud şəkildə pozub və Gürcüstan Prezidentinin Konstitusiyanın 52-ci maddəsi ilə təminat verilən müstəsna səlahiyyətinə müstəqil şəkildə müdaxilə edib.


