.jpeg)
Sabah Marneulinin bəzi küçələrində və kəndlərində gün ərzində elektrik enerjisinin verilməsi dayandırılacaq
Planlaşdırılan reabilitasiya işləri ilə əlaqədar olaraq Marneulidə “Enerqo-Pro Georgia” şirkətinin bəzi abonentlərinə elektrik enerjisinin verilməsi məhdudlaşdırılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə “Enerqo-Pro Georgia” şirkəti məlumat yayıb.
Şirkətdən verilən məlumata görə, şəbəkədə nəzərdə tutulan işlər ilə əlaqədar iyulun 24-də saat 10:00-dan 18:00-dək Marneulinin bir neçə kəndlərində, 11:00-dan 16:00-dək isə Marneuli bələdiyyəsinin bir neçə küçəsində, elektrik enerjisinin verilməsi məhdudlaşdırılacaq.
Gün ərzində elektrik enerjisinin məhdudlaşdırılacağı kəndlərin və küçələrin siyahısı belədir:
Əzizkənd, Təzəkənd, Algeti, Hacısəkənd, Ləjbəddin, Xutor Ləjbəddin, böyük Muğanlı.
Küçələrin siyahısı isə belədir:
Mazniaşvili, Xudu Borçalı, Qiorqadze, Rustaveli, Tabidze, Erekle II, Yağılca qəsəbəsi, Tsereteli və Dimitrov küçəsində gün ərzində elektrik enerjisinin verilməsi mədudlaşdırılacaq. “- deyə məlumatda qeyd olunub.