Polis adam öldürməyə cəhd edən bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Didube-Çuğureti Baş Bölməsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda şərti cəza çəkən 1988-ci il təvəllüdlü M.A.-ni adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar.
InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Qurumun məlumatına görə, cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Tbilisinin Q.Tsabadze küçəsində M.Ş.-ni soyuq silahla yaralayıb. Yaralı tibb müəssisəsinə yerləşdirilib.
Hüquq-mühafizə orqanları cinayət silahını - bıçağı sübut kimi götürüblər.
Polis təqsirləndirilən M.A-ni tutub. O, isti izlərlə saxlanılıb.
Qətl etməyə cəhd faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə istintaq davam etdirilir", - məlumatda deyilir.