Telavidə iki nəfəri öldürən şəxs saxlanılıb
Kaxeti polisi ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə və qanunsuz odlu silah saxlama ittihamı ilə 1 nəfəri həbs edib.
InterPress.ge xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, qətl qarşılıqlı mübahisə zəminində baş verib.
“Daxili İşlər Nazirliyinin Kaxeti RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1992-ci il təvəllüdlü T. C iki nəfərə qarşı ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah saxlama ittihamı ilə həbs edilib.
Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.
İstintaqla müəyyən edilib ki, bu il iyulun 24-də Telavi rayonunun Lalisğuri kəndində qarşılıqlı mübahisə zəminində yaranmış münaqişədə təqsirləndirilən şəxs T.C 1995-ci il təvəllüdlü A.Q.-ya və 1972-ci il təvəllüdlü K.Z-yə atəş açıb. Bundan sonra o, hadisə yerindən qaçaraq gizlənib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxs həbs olundu. Polis cinayət silahını sübut kimi götürüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 109 və 236-cı maddələri ilə aparılır”, - Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.