İyulun 28-də Paris Olimpiya Oyunlarında üç gürcü idmançı mübarizə aparacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Olimpiya Komitəsi məlumat yayıb
Məlumata görə, bu gün Noe Pantsxava (üzgüçülük), Vaja Marqvelaşvili (cüdo, -66 kq), Giorgi Kuşitaşvili (boks, 92 kq) çıxış edəcəklər.
33-cü Yay Olimpiya Oyunlarında Gürcüstandan 28 idmançı 10 idman növündə (batutla tullanma, yunan-Roma güləşi, sərbəst güləş, boks, atletika, güllə atma, qılıncoynatma, üzgüçülük, ağır atletika, cüdo) mübarizə aparır.
