Marneulidə vətəndaşlara təmənnasız hüquqi yardımlar göstərilir
"Azərbaycan Evi" və "QANUN" Hüquqi Yardım Mərkəzi arasında bağlanmış memoranduma əsasən, vətəndaşlara təmənnasız (pulsuz) hüquqi yardımların göstərilməsinə dair iyul ayının 11-də və 28-də "Azərbaycan Evi"ndə adıçəkilən mərkəzin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamilov tərəfindən əvvəlcədən qeydiyyatdan keçmiş, hüquqi problemləri olan Marneuli və Bolnisi sakinlərinin qəbulu keçirilib.
InterPress.ge xəbər verir ki, üçüncü qəbul günündə 29 nəfər Gürcüstan və Azərbaycan vətəndaşları qəbul edilərək problemləri dinlənilib.
Vətəndaşların problemlərinin (vətəndaşlıq, torpaq, mülkiyyət, ailə zorakılığı və.s) həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyatı dövlət qurumlarına, baş prokurorluğa və məhkəmə instansiyalarının elektron ünvanına göndərilib.
Qəbul günləri davam edəcək və soydaşlarımız bu xidmətdən faydalana bilərlər.
Qəbula yazılmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.
Tel: 599 10 96 90



