Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Avqustun 2-dək olan hava proqnozu açıqlandı

1,146
Avqustun 2-dək olan hava proqnozu açıqlandı
Dinləmək üçün basın

Avqustun 2-dək Gürcüstanda hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Avqustun 2-dək Gürcüstanda hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Tbilisi şəhərində hava əsasən yağmursuz keçəcək. İyulun 31-də külək şimal-qərb istiqamətində əsəcək. Havanın temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.

“Sahilboyu rayonlarda (Batumi, Kobuleti, Anakliya, Poti): iyulun 30-u günortadan sonra avqustun 1-i səhərədək fasilələrlə yağış yağacaq, gün ərzində hava şəraiti açıq olacaq. İyulun 31-də şimşək çaxacağı, küləyin güclənəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +24, +26 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): iyulun 30-u günün sonundan avqustun 1-i səhərədək fasilələrlə yağış yağacaq, gün ərzində hava şəraiti açıq olacaq. . Havanın temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): arabir yağışlı hava şəraiti gözlənilir. İyulun 31-də şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi ehtimalı var. İyulun 25-26-da havanın temperaturu gündüz 22, 24 dərəcə isti təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, iyulun 31-də şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, iyulun 31-də şimşək çaxacağı, dolu düşəcəyi, güclü külək əsəcəyi gözlənilir. Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsix, Borjomi, Duşeti, Tianeti, Fasanauri): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, iyulun 31-də şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +26, +28 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, iyulun 31-də şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək”, - məlumatda qeyd olunur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →