Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Kaxetidə qaçırılmış gənc qız tapılıb

612
Kaxetidə qaçırılmış gənc qız tapılıb
Dinləmək üçün basın

Laqodexi bələdiyyəsinin Kabal kəndindən qaçırılan 24 yaşlı qız tapılıb.

Laqodexi bələdiyyəsinin Kabal kəndindən qaçırılan 24 yaşlı qız tapılıb.

InterPress.ge xəbər verir ki,hazırda onun Telavi şövbəsində olduğu bildirilir.

Hələlik əlavə təfərrüatlar məlum deyil. 

Bundan əvvəl isə kamera qeydləri ilə müəyyən edilib ki, qadın nəvəsinə kömək etmək istəyən nənənin əlindən tutaraq zorla maşına mindirilib. Oğurlayanlar əvvəlcə qızı Qaracala kəndi istiqamətində aparıblar. Bu kənddə ailə qaçıranların istifadə etdiyi maşını görüb. 

Qızın ailəsi bildirib ki, qaçıran şəxs Kabal kəndində yaşayan 24 yaşlı şəxsdir.

"Qızımı tapıb qaçıranların cəzalandırılmasını xahiş edirəm. Dünən qızım öz maşını ilə babasının evinə getdi, bir-iki saat orada qaldı. Sonra qohumlar bizə zəng edərək bildirdilər ki, qızınız oğurlanıb. Mercedes  markalı avtomobil kameralardan görünür ki, o, Qaracala kəndinə girib, polis onu axtarır, amma hələ də tapa bilmirlər”, - deyə qızın atası bu gün bildirib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 143-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə istintaq başlayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →