Kobaxidze: "Təəssüflər olsun ki, Vahid Milli Hərəkat partiyası həqiqətən də ikinci sıradadır"
"Təəssüflər olsun ki, Vahid Milli Hərəkat partiyası həqiqətən də ikinci sıradadır".
InterPress.ge xəbər verir ki, bu haqda Gürcü Arzusu demokratik Gürcüstan partiyasının icraçı katibi İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Onun bildirdiyinə görə, VMH partiyası hər tərəfli qarışıq partiyadır.
"Onların seçki təşviqatına gəlincə, hər tərəfli başdan ayağa qarışıqdırlar. Ehtimal olunur ki, onlar seçkidə 12% belə toplaya bilməyəcəklər"-deyə İrakli Kobaxidze bildirib.
Mixeil Saakaşvili tərəfindən Gürcüstana qayıdacağına dair verilən video müraciətə gəlincə, İrakli Kobaxidzenin qeyd etdiyinə görə, Saakaşvilinin açıqlaması onun üçün təbəssümvericidir və onun bu açıqlamasını ciddi qəbul etmir.
"Saakaşvilinin müraciətinə heç bir ciddi şərhə ehtiyac yoxdur. Onun öz tərəfdaşları qarşısına çıxıb etdiyi müraciət sadəcə təbəssüm yaradır. Nə Saakaşvilinin, nə də Varşalomidzenin heç bir resursu yoxdur. Saakaşvilinin Gürcüstanda 12%-i, Varşalomidzenin isə Acarada 12%-i var. Onların bu seçkidə bu faizdən başqa heç bir resursları yoxdur. Təəssüflər olsun ki, onların hələdə reytinqdə ikinci yerləri var", - dedi İrakli Kobaxidze.