30 
Iyl
2024
18:02
351

Deformasiyaya uğramış dondurma və yol kənarından alınan meyvə-tərəvəz təhlükəlidirmi?

Qida təhlükəsizliyi üzrə mütəxəssis İrakli Arabuli yayda ən çox tələb olunan məhsulların, meyvə-tərəvəzin və dondurmanın alınması zamanı təhlükəsizlik məsələlərindən danışıb.

InterPress.ge xəbər verir ki, bu barədə o, radio "Palitra"nın "Sənin vaxtın" proqramında söz açıb.

Onun sözlərinə görə, magistral yolun kənarında satılan meyvə-tərəvəzlərdə, o cümlədən ticarət obyektlərinin soyuducularında bəzən rast gəlinən deformasiyaya uğramış dondurmalarda təhlükə var.

“Yol kənarında satılan məhsul bir qədər risklidir. Hərəkət edən nəqliyyat vasitələrinin yaratdığı fiziki çirklənmə ilə yanaşı, məhsulun avtomobilin işlənmiş qazından çirklənmə ehtimalı da var. Yeganə müdafiə mexanizmi aldığımız meyvə və tərəvəzləri yaxşıca yumaqdır.

Yol kənarındakı ağaclardan meyvə dərmək də olmaz, çünki əvvəllər ağaclar xüsusi olaraq yol kənarlarında əkilirdi ki, bu da avtomobilin buraxdığı qurğuşunu özünə çəkirdi.

Deformasiyaya uğramış dondurma da həqiqətən təhlükəlidir, çünki dondurma öz formasını dəyişibsə, deməli, artıq əriyib, sonra yenidən dondurulub. Əgər onun tərkibində zərərli bakteriyalar varsa, ərimə zamanı çoxalmağa başlayır və dondurma sağlamlıq üçün təhlükəli olur. Ona görə də deformasiyaya uğramış dondurmalardan çəkinməliyik”, - deyə qida təhlükəsizliyi üzrə mütəxəssis bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər