Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Prokurorluq DİN-in Xüsusi Əməliyyat İdarəsinin əməkdaşına qarşı ittiham irəli sürüb

371
Prokurorluq DİN-in Xüsusi Əməliyyat İdarəsinin əməkdaşına qarşı ittiham irəli sürüb
Dinləmək üçün basın

Gürcüstan Prokurorluğu Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Departamentinin əməkdaşına qəsdən sağlamlığa ağır xəsarət yetirmə faktı üzrə ittiham irəli sürüb.

Gürcüstan Prokurorluğu Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Departamentinin əməkdaşına qəsdən sağlamlığa ağır xəsarət yetirmə faktı üzrə ittiham irəli sürüb.

InterPress.ge xəbər verir  ki,  bu barədə Prokurorluq məlumat yayıb.

Xüsusi İstintaq Xidməti tərəfindən aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, iyulun 29-da Qori Bələdiyyəsinin Aten kəndində Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Bölməsinin müfəttişi zərərçəkmişin sağlamlığına ağır xəsarətlər yetirib.

“Xüsusi İstintaq Xidmətinin əməkdaşları iyulun 31-də təqsirləndirilən şəxsi həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 1-ci hissəsi (qəsdən sağlamlığa ağır zərər vurma, yəni bədənə həyat üçün təhlükəli olan xəsarət yetirmə) ilə ittiham olunub.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinin müddətinin uzadılması barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edir.
"Cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi məqsədilə Xüsusi İstintaq Xidmətində başlanmış cinayət işinin istintaqı davam etdirilir", - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →