03 
Avq
2024
10:46
429

Vahid milli imtahanların ilkin nəticələrinin dərcinə başlanılıb

Abituriyentlər üçün 2024-cü ilin vahid milli imtahanlarının ilkin nəticələrinin dərcinə başlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Qiymətləndirmə və İmtahan Mərkəzi məlumat yayıb.

Onların öz məlumatına görə, bu gün abituriyentlər üçün gürcü dili və ədəbiyyatı və osetin dili imtahanlarının ilkin nəticələri açıqlanacaq.

“Abituriyent öz nəticəsini öyrənmək üçün https://online.naec.ge/defonline/entrantdefault internet saytına daxil olmalı və müvafiq sahədə şəxsi nömrəsini və beşrəqəmli parolunu göstərməlidir.

Nəticələrin dərci avqustun 5-dən etibarən xarici dil nəticələri ilə yenilənəcək. Milli Qiymətləndirmə və İmtahan Mərkəzi digər imtahan fənləri üzrə də abituriyentlərin ilk nəticələrini işlərdə düzəlişlər başa çatan kimi dərc edəcək."-deyə mərkəzdəm bildirilib.

Bizimlə əlaqə saxlayın