03 
Avq
2024
22:46
534

Telavidə "Həmrəylik 2024 - Yay Düşərgəsi" keçirilir - FOTO

Telavidə "Həmrəylik 2024 - Yay Düşərgəsi" keçirilir.

InterPress.ge xəbər verir ki, düşərgə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilir.

Düşərgədə səkkiz Azərbaycan Mərkəzi iştirak edir və iştirakçılar Rustavi, Qardabani, Qaraçöp, Qabal, Tbilisi, Bolnisi və Dmanisidən qatılıblar və hər bir mərkəzin rəhbərləri və şagirdləri iştirak edirlər.

Düşərgə üç gün davam edəcək. Düşərgənin ilk günündə Telavidə tarixi abidələr ziyarət edilib və iki önəmli təlim keçirilib. Təlimlərdən biri həkim-kardioloq Linda Mustafayeva tərəfindən keçirilib və o, iştirakçılara ürək xəstəlikləri və risk faktorları haqqında məlumat verib. İkinci təqdimat isə Şəhandə Süleymanova tərəfindən keçirilib və o, iştirakçılara düzgün qidalanma və zərərli qidalar haqqında ətraflı məlumat verib.

Düşərgə "Alyans" Gənclər Mərkəzinin təşkilatçılığı ilə keçirilir və 70 nəfər iştirak edir.

Qeyd edək ki, düşərgə iştirakçıları Tbilisidə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edərək gül qoyublar.

Bizimlə əlaqə saxlayın