04 
Avq
2024
15:45
322

Azərbaycanlı jurnalist ekstradisiya üzrə həbs edilib

Azərbaycanlı jurnalist Əfqan Sadıqov barəsində 3 ay müddətinə ekstradisiya üzrə həbs qətimkan tədbiri seçilib.

InterPress.ge xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Ketevan Caçvadze verib.

Hakimin sözlərinə görə, məhkəməyə təqdim olunan məlumata əsasən, təqsirləndirilən şəxs Azərbaycan Respublikasında insanların külli miqdarda əmlakını ələ keçirmək məqsədilə təhqiredici məlumatlar yaymaqla hədələməkdə təqsirləndirilir.
Bundan başqa, onun sözlərinə görə, onun axtarış xidmətlərindən yayınması da diqqət çəkir.

“Bu gün məhkəməyə təqdim olunan məlumata görə, təqsirləndirilən şəxs Azərbaycan Respublikasında insanların külli miqdarda əmlakını ələ keçirmək məqsədilə təhqiredici məlumatlar yaymaqla hədələməkdə təqsirləndirilir. Həm də müəyyən təhqiredici məlumatların yayılmasın deyə pul tələb olunub”, - Ketevan Caçvadze bildirib.

Məlumat üçün bildirək ki, azərbaycanlı jurnalist Əfqan Sadıqov ötən gün həbs edilib. İlkin olaraq jurnalistin həyat yoldaşı Sevinç Sadıqova həbslə bağlı məlumat və videomaterialı sosial şəbəkədə yayıb.

 

Bizimlə əlaqə saxlayın