04 
Avq
2024
20:31
304

"Həmrəylik 2024 - Yay Düşərgəsi"nin iştirakçıları sertifikatla təltif olunub - FOTO

Bu gün "Həmrəylik 2024 - Yay Düşərgəsi"nin ikinci günüdür.

InterPress.ge xəbər verir ki, bu gün jurnalist Xanlar Mehtiyev tərəfindən maraqlı təqdimat keçirilib.

O, iştirakçılara müsahibələrin alınması, videoçarxların hazırlanması, düzgün sual vermə və s. ilə bağlı maraqlı təlim keçib.

Təqdimatın sonunda mövzu üzrə müzakirə və yarışlar baş tutub. 

Bütün tələbələr mərkəz rəhbərlərinə suallar ünvanlayıblar və hər mərkəzin rəhbəri video çəkiliş vasitəsilə sualları cavablandırıb. Daha sonra bütün iştirakçılar sertifikatlarla təltif olunublar, düşərgədə fəal iştirak edən, sualları düzgün cavablandıran və mərkəz rəhbərlərinə ən maraqlı sual ünvanlayan dörd tələbə hədiyyələr ilə mükafatlandırılıb, axşam saatlarında isə maraqlı şənlik təşkil olunub. 

Qeyd edək ki, sabah düşərgənin sonuncu günüdür, iştirakçılar Telavidə Çavçavadzenin ev muzeyinin ziyarət edəcəklər. Daha sonra isə Siğnağiyə səfər edərək Bodbe monastırını ziyarət edəcəklər.

Bizimlə əlaqə saxlayın