Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Azərbaycanda keçirilən V Yay Düşərgəsi iştirakçıları Xankəndidə Qarabağ Universitetində olublar

700
Azərbaycanda keçirilən V Yay Düşərgəsi iştirakçıları Xankəndidə Qarabağ Universitetində olublar
Dinləmək üçün basın

Azərbaycan Respublikasının Laçın rayonunda keçirilən V Yay Düşərgəsinin iştirakçıları Xankəndi şəhərinə səfər ediblər.

Azərbaycan Respublikasının Laçın rayonunda keçirilən V Yay Düşərgəsinin iştirakçıları Xankəndi şəhərinə səfər ediblər.

InterPress.ge xəbər verir, şəhərin müxtəlif yerləri ilə tanış olan gənclərə Xankəndi haqqında ətraflı məlumat verilib.

Sonra iştirakçılar Qarabağ Universitetinə gedib, rektor Şahin Bayramovla görüşüblər. Qonaqları salamlayan rektor düşərgə iştirakçılarının Qarabağ Universitetinin ilk qonaqları olduğunu vurğulayıb, təhsil ocağının yerləşdiyi binanın tarixi, müasir infrastrukturu, gələcək plan və layihələri, universitetdə tədris ediləcək fakültə və ixtisaslar haqqında ətraflı məlumat verib.

Rektor ali təhsil ocağının yeni tədris ilində ilk dəfə fəaliyyətə başlayacağını, 2024-2025-ci tədris ili üçün 6 fakültə 27 ixtisas üzrə 1000-dən çox tələbənin universitetə qəbulunun gözlənildiyini bildirib. O, növbəti illərdə fakültə və ixtisas sayının artacağını, bakalavr təhsili ilə yanaşı magistratura, doktorantura pilləsinə də tələbə qəbulu keçiriləcəyini vurğulayıb. Şahin Bayramov Qarabağın adını daşıyan bu universitetin Azərbaycan ali təhsilini dünyada təmsil edəcək ən modern bir təhsil müəssisəsinə çevrilməsinin əsas məqsədlərdən biri olduğunu gənclərin diqqətinə çatdırıb.

Rektor diaspor gənclərindən gözləntilərini də açıqlayıb. Qarabağ Universitetinin dünyada tanınmasına, növbəti illərdə xarici tələbələrin də cəlb olunmasına dəstək göstərəcəklərinə ümid ifadə edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →