“Lelo” partiyasının Marneuli gərargahında qadın seçicilər ilə görüş keçirilib
“Lelo” partiyasının Marneuli gərargahında, qadın seçicilər ilə görüş keçirilib.
InterPress.ge xəbər verir ki, görüşdə “Lelo” partiyasının liderlərindən olan, millət vəkili Ana Nacvlişvili, Partiyanın Kvemo kartli üzrə nümayəndəsi Aqil Mustafayev, qadın seçicilər və media nümayəndələri iştirak etib.
Görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, partiyanın gələcək planları barədə qadın seçicilərə məlumat verilib və əhali arasında mövcud problemlər barədə müzakirələr aparılıb.
Görüş zamanı çıxış edən “Lelo” partiyasının liderlərindən olan Ana Nacvlişvili, Gürcüstanda mövcud olan ən böyük problemlərdən işsizlik məsələsinə nəzər yetirib və gənclərin “Gürcü Arzusu” partiyasının apartığı siyasətə görə, işsiz qalaraq ölkəni tərk etdiklərini bildirib.


