06 
Avq
2024
17:36
363

Gürcüstan qəzetində Diaspor Gənclərinin V Yay Düşərgəsi barədə məqalə dərc olunub

Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsi barədə məqalə dərc olunub.

InterPress.ge xəbər verir ki, “Gənclər yaşıl dünya naminə” sərlövhəli məqalə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Mədəni irsimizin təbliği” layihəsi çərçivəsində çap olunub.

Qeyd edilib ki, müxtəlif ölkələrdən olan düşərgə iştirakçıları əvvəlcə Bakıda Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, həmçinin Birinci və İkinci Şəhidlər xiyabanlarında Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirələrini ehtiramla anıblar.

Məqalədə avqustun 2-də Laçında düşərgənin rəsmi açılış mərasimindən də bəhs olunub.

Həmçinin diqqətə çatdırılıb ki, avqustun 7-dək davam edəcək düşərgəyə 60 ölkədən gələn 18-29 yaş arasında 115 gənc, o cümlədən azərbaycanlılar və ölkəmizə dost münasibət bəsləyən digər xalqların nümayəndələri qatılıblar.

Düşərgə iştirakçılarının bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olacaqları, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimiz, həmçinin müxtəlif sahələr üzrə ekspertlər ilə görüşəcəkləri, maraqlı panel və seminarlarda, eləcə də əyləncəli və intellektual oyunlarda iştirak etdikləri vurğulanıb.

Gürcüstanlı sodaşlarımız öz təəssürattları ilə belə bölüşüb:

Laşa İsabalayev - “Alyans” Gənclər Mərkəzinin məzunu. 

Laçın öz təbii gözəlliyinə görə doğrudan da möhtəşəm bir diyardır. Düşərgəmiz Həkəri çayının sahilində yerləşir. Bu gün Laçında yeni yollar salınır, binalar tikilir və qədim ibadətgahlar restavrasiya olunur. Təşkilatçılıq da yüksək səviyyədədir.

Düşərgə iştirakçıları bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşmək, eləcə də əylənmək və intellektual oyunlarda iştirak etmək imkanı qazanacaqlar.

 Sonda demək istəyirəm ki, özümlə rəsm çəkmək üçün kətan gətirmişəm.Laçıının bu gözəl təbiət mənzərəsini çəkib Diaspora Komitəsinə hədiyyə vermək arzusundayam. 

Orxan Əliyev – Hüquqşünas, Tbilisi şəhəri. 

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinə dəvət aldığımız üçün öngə təşəkkürümü bildirmək istəyirəm. Doğrudan da Qarabağın hər bir güşəsi cənnət – məkandır. Laçınin gözəlliyi isə bizi valeh edib.

Coşqun Əliyev - Tbilisi Dövlət Universitetinin tələbəsi.

Bu gün uzun illər həsrətində olduğum Azərbaycanın tarixi torpaqları olan Qarabağdayam və Lakın şəhərinin gözəlliyi isə məni cox təsirləndirdi. Qalib ölkənin azad olunmuş torpaqlarında belə azad gəzmək məndə Vətənimizin Azərbaycan olduğundan qürur hissi yaradır. Əlbəttə, bu 44 günlük müharibədə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin qarşısında baş əyirik. 

Qeyd edilib ki, yay düşərgələri xaricdəki gənc azərbaycanlıların ölkəmizlə bağlarının daha da möhkəmləndirilməsi, Azərbaycanı uğurla təmsil etmək bacarıqlarının inkişaf etdirilməsi, şəbəkələşmələri, yeni dostlar qazanmaları üçün gözəl fürsətdir.

Bizimlə əlaqə saxlayın