06 
Avq
2024
18:08
1033

Sinoptiklər gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Avqustun 6-da Tbilisidə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, avqustun 7-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, şimal-qərb küləyinin 10-15 m/s sürətlə əsəcəyi gözlənilir. Avqustun 7-8-də şəhərətrafı ərazilərdə küləyin 18-20 m/s-dək güclənəcəyi ehtimalı var. Havanın temperaturu +32+34 dərəcə təşkil edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, qərb küləyinin sürətinin 10-15 m/s, avqustun 7-8-də bəzi yerlərdə 17-22 m/s olacağı gözlənilir. Havanın temperaturu gündüz +32, +35 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro) avqustun 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, avqustun 7-8-də bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +30, +33 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu +20, +25 dərəcə təşkil edəcək.

 

Bizimlə əlaqə saxlayın