01 
Sen
2020
14:23
633

Gürcüstanda koronavirusa son yoluxmalarla bağlı açıqlama verildi

"Koronavirusun təsdiqlənmiş 23 yeni halından 14-ü virusdaşıyıcısı ilə təmas, 8-i xaricdən daxil olmadır ki, bunun 1 halının yoluxma mənbəyi məlum deyil və epidemioloqlar tərəfindən araşdırılır".

InterPress.ge xəbə verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezuqbaia bildirib.

Ezuqbaianın sözlərinə görə, Gürcü arzusunun ofisinin əməkdaşlarında koronavirus halı artmayıb.

"Sağalanlara gəlincə, 13 xəstə sağalıb və 1253 nəfəri təşkil edir. Onların say faizləri dəyişməz olaraq 83 % qalır. Vəziyyəti kritik ağır olan 3 nəfər var. Ağır olan xəstələrimiz 23 idi və indi 21 nəfər oldu. Qalan xəstələrin vəziyyətləri orta və orta yüngüldür. Covid mərkəzlərdə 230 xəstə müalicə alır.

Dünən mərkəzimizə yeni xəstə daxil edilməyib. Xəstələrimizdən 2 nəfər sağalıb və hal hazırda mərkəzimizdə 9 nəfər virusdaşıyıcısı müalicəsini davam etdirir. Yenədə 1 kritik ağır xəstəmiz və 1 ağır xəstəmiz var", - dedi Ezuqbaia.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər