Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

"Birləşmiş Ştatlar Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir" - Entoni Blinken

314
"Birləşmiş Ştatlar Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir" - Entoni Blinken
Dinləmək üçün basın

"Birləşmiş Ştatlar Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Biz Rusiyanı 2008-ci ildə atəşkəsi dayandırmaq üzrə öhdəliklərini yerinə yetirməyə çağırırıq".

"Birləşmiş Ştatlar Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Biz Rusiyanı 2008-ci ildə atəşkəsi dayandırmaq üzrə öhdəliklərini yerinə yetirməyə çağırırıq".

InterPress.ge xəbər verir ki, bu, ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

"Rusiyanın suveren Gürcüstan dövlətinə hücumundan 16 il keçir. Biz Rusiyanın hərbi kampaniyası və qeyri-qanuni işğalı nəticəsində ölənləri, yaralananları və köçkünləri xatırlayırıq. Rusiya Gürcüstan ərazisinin 20 faizini bu günə kimi işğal etməkdə davam edir. Həmçinin o, yerli əhalinin üzərinə öz iradəsini, o cümlədən Abxaziyanın strateji əhəmiyyətli torpaqlarının Rusiyaya verilməsi iddiasını və Oçamçiredə hərbi dəniz bazası yaratmaq istəyini tətbiq edir.

Birləşmiş Ştatlar Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə sabitdir. Biz Rusiyanı 2008-ci il atəşkəs sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməyə, qüvvələrini münaqişədən əvvəlki mövqelərdən çıxarmağa və humanitar yardımın maneəsiz çatdırılmasına icazə verməyə çağırırıq. Biz həmçinin Rusiyanı Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin ilhaqını ləğv etməyə çağırırıq. Bu tədbirlər on minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz qayıtmasına imkan verəcək.

Birləşmiş Ştatların Gürcüstan xalqına, onun Avro-Atlantik gələcəyinə və münaqişənin sülh yolu ilə həlli üçün səylərinə dəstəyi sarsılmazdır”, - Blinkenin bəyanatında deyilir. 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →