08 
Avq
2024
10:31
220

Kaxa Kaladze: Avqust müharibəsinin dəhşətli nəticələri 16 il ərzində ölkəmiz üçün açıq yara olaraq qalır

"Avqust müharibəsinin dəhşətli nəticələri 16 ildir ki, ölkəmiz üçün açıq yara olaraq qalır"

InterPress.ge xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze bu barədə sosial şəbəkədə yazıb.

Kaladzenin sözlərinə görə, işğal olunmuş ərazilər Gürcüstanın suverenliyi və onun gələcək inkişafı üçün əsas problemdir.

“Müharibəyə qurban gedən dinc əhali və qəhrəman əsgərlərimiz, minlərlə məcburi köçkün ailəsi, kimsəsiz kəndlər, itirilmiş ərazilər, tərk edilmiş dədə-baba məzarları, mühacirətdə dünyaya gələn uşaqlar - avqust müharibəsinin dəhşətli nəticələri 16 ildir ki, ölkəmiz üçün açıq yara olaraq qalır.

İşğal olunmuş ərazilər Gürcüstanın suverenliyi və onun gələcək inkişafı üçün əsas çağırışdır ki, bu da sülhsevər, inkişaf etmiş, iqtisadi cəhətdən güclü dövlətin qurulmasını nəzərdə tutur. İnancımız sarsılmazdır ki, biz yalnız sülhlə, yalnız sizinlə, yalnız tərəqqi və inkişafla Gürcüstanın abxaz və osiyalı qardaş və bacılarımızla birləşməsinə nail olacağıq.

Qoy avqust döyüşlərində həlak olan, vətənləri üçün ən qiymətlisini - öz canlarını qurban verən qəhrəmanların əbədi xatirəsi və şöhrəti olsun”, - Kaladze yazır.


 

Bizimlə əlaqə saxlayın