Gələn aylarda müəyyən obyektlər bağlana bilərmi? - Açıqlama verildi
"Avqust ayında ölkənin 3 yeni klasteri mövcud idi, koronavirusa yoluxanların sayında fövqəladə vəziyyət yaranmadı".
InterPress.ge xəbə verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezuqbaia bildirib.
"İyul və Avqust aylarını müqayisə edə bilərəm. İyul ayında 240 koronavirus halı qeydə alınmışdı və yalnız bir böyük klaster var idi. Avqust ayında 3 yeni klaster əlavə olundu - Mestia, Kobuleti və Kazbeq. 3 klasterin olmasına baxmayaraq virus yoluxanların sayında fövqəladə vəziyyət baş vermədi. İyul ayında 240 virusdaşıyıcısı var idisə, avqust artıq sona çatdı və bizim 344 koronavirus daşıyıcımız var. Avqust ayında 316 sağalan xəstəmiz qeydə alınıb. Biz bu statistikanı əlimizdə saxlamaq üçün verilən tövsiyyələrə riayət etməliyik. Məsafə saxlamaq və maskadan istifadə etmək bizi virusdan qoruyacaq. Məsafənin olmadığı yerlərdə maskadan istifadə etmək mütləqdir ", - dedi M. Ezuqbaia.
Gələn aylarda müəyyən obyektlərin bağlanıb bağlanmayacağına dair verilən suala Marina Ezuqbaia bildirir ki : " Əgər əhali tövsiyyələrə riayət edərsə, bu baş verməyəcək "- dedi Ezuqbaia.


