Sergey Şamba: “Abxaziyada Rusiya hərbi-dəniz bazasının açılmasından söhbət getmir”
“Abxaziyada Rusiya hərbi-dəniz bazasının açılmasından söhbət gedə bilməz”.
InterPress.ge xəbər verir ki, bunu işğal olunmuş Abxaziyanın de-fakto xarici işlər naziri Sergey Şamba RİA-ya müsahibəsində bildirib.
Bundan əvvəl Abxaziyanın işğalçı rejiminin prezidenti Aslan Bjaniya bəyan etmişdi ki, Oçamçire körfəzində Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin daimi bazası yaradılacaq və artıq müvafiq saziş imzalanıb.
“Oçamçire limanına gəlincə, biz orada hərbi-dəniz bazasının açılmasından danışmırıq”, - Şamba bildirib.
Onun sözlərinə görə, Rusiya ilə Abxaziya arasında çoxtərəfli dövlətlərarası əməkdaşlıq mövcuddur ki, bunun da ən mühüm istiqamətlərindən biri təhlükəsizlik sahəsində əməkdaşlıqdır.
"Bilirsiniz ki, respublikada Rusiyanın 7-ci hərbi bazası yerləşir. Rusiya sərhəd qoşunları Abxaziyada təhlükəsizliyin təmin edilməsində çox mühüm rol oynayır, xüsusilə nəzərə alsaq ki, Gürcüstan gücdən istifadə etməməyə dair hüquqi qüvvəyə malik sənədi imzalamaqdan imtina edir", - Şamba deyib.


