10 
Avq
2024
11:15
556

Gürcüstanda həftəsonu hava necə olacaq? - PROQNOZ

Avqustun 10-da Gürcüstanın qərbində buludlu hava şəraiti gözlənilir. Bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.  

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Havanın temperaturu düzənliklərdə gecə 18, 23, gündüz 27, 32 dərəcə isti; dağlarda gecə 16, 21, gündüz 25, 30 dərəcə isti; Yüksək dağlıq ərazilərdə gecə 11,16, gündüz 21,26 dərəcə isti təşkil edəcək.

Gürcüstanın şərqində buludluluğun artacağı gözlənilir. Bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dəyişən küləyin istiqaməti 10-15 m/s. Havanın temperaturu: düzənliklərdə gecə +18, +23°, gündüz +30, +35°; dağlarda gecə 13, 18, gündüz 27, 32 dərəcə isti; Hündür dağlarda gecə 10,15, gündüz 21,26 dərəcə isti təşkil edəcək.

Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir, küləyin istiqaməti 10-15 m/s dəyişəcək, temperatur +23, +34° təşkil edəcək.

Bazar günü, avqustun 11-i, Qərbi Gürcüstanda -  Bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi 10-15 m/s.olacaq. Havanın temperaturu: düzənlikdə gecə +17, +22, gündüz +27, +32; dağlarda gecə 15, 20, gündüz 24, 29 dərəcə isti; Yüksək dağlarda gecə 9,14, gündüz 22,27 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanda - zaman keçdikcə buludluluq artacaq.Gecə bəzi rayonlarda, gündüz əksər rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, gün ərzində bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 10-15 m/s. təşkil edəcək. Havanın temperaturu: düzənliklərdə gecə +17, +22°, gündüz +27, +32°; dağlarda gecə 13, 18, gündüz 23, 28 dərəcə isti; Yüksək dağlıq ərazilərdə gecə 10, 15, gündüz 17, 22 dərəcə isti təşkil edəcək.

Bazar günü də paytaxtda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, temperaturun +21, +31° olacağı gözlənilir.

Bizimlə əlaqə saxlayın