10 
Avq
2024
19:40
525

Hakim partiyadan olan İslam Məmmədov ilə vətəndaşlar arasında əlbəyaxa dava düşüb

Qardabani Bələdiyyə Məclisinin üzvü, “Gürcü arzusu”ndan olan İslam Məmmədov rayonun Kosalı kəndində vətəndaşa fiziki təzyiq göstərib.

InterPress ge xəbər verir ki, bu barədə "Mtavari Arxi" kanalı məlumat yayıb.

Yerli sakinlərin sözlərinə görə, qarşıdurma masa arxasında başlayıb və şifahi mübahisə tezliklə əlbəyaxa davaya çevrilib.

Yerli sakinlərin sözlərinə görə, qarşıdurmada bir neçə nəfər iştirak edib. Dövlət qulluqçusu tərəfindən vəhşicəsinə döyülən şəxsin qonşuları deyirlər ki, Qardabani Bələdiyyəsinin hakim partiyadan olan deputatı İslam Məmmədov çox güman ki, sərxoş vəziyyətdə olub.

“Mtavari Arxi”nin məlumatına görə, zərərçəkən əvvəlcə polisə müraciət etsə də, daha sonra hakim partiyanın üzvlərinin təzyiqi nəticəsində iddiasını geri götürüb. Zərərçəkənin verdiyi məlumata görə, hazırda problem aradan qalxıb.

“Hələlik bu mövzu haqqında danışmaq istəmirəm, təsdiq edirəm ki, qarşıdurma olub, baxmayaraq ki, bu, şəxslə ailəvi anlaşılmazlıq olub, problem artıq bitib, bu mövzu ilə bağlı əlavə şərh vermək istəmirəm”, -  zərərçəkmiş deyib.

"Sünnət mərasimi idi. Hamı əylənirdi. Rəqsin sonunda qarşıdurma başladı. Nə baş verdiyini dəqiq deyə bilmərəm. Qarşıdurmada bir neçə nəfər iştirak etdi, amma tezliklə uzaqlaşdılar... Biri İslam Məmmədov idi. Bu qarşıdurmada iştirak edənlərin hamısı Kosalı sakinləridir”, - yerli sakinlər deyir.

Münaqişənin nədən qaynaqlandığı hələlik məlum deyil.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən zorakılıq törətmək maddəsi ilə istintaq başlayıb.

 

 

Bizimlə əlaqə saxlayın