12 
Avq
2024
12:53
924

Avqustun 16-dək gözlənilən hava proqnozu açıqlandı

Avqustun 13-ü səhər saatlarından Qərbi Gürcüstanda havanın buludlu olacağı, avqustun 16-dək isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Şərqi Gürcüstanın bəzi ərazilərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi  məlumat yayıb.

Onların məlumatına görə, Tbilisidə hava əsasən yağmursuz keçəcək. Külək şimal-qərb istiqamətindən əsəcək. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.

“Sahilyanı rayonlarda (Batumi, Kobuleti, Anaklia, Poti) sabah səhər saatlarından günəşli olacaq, avqustun 16-dək hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) avqustun 16-dək hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gözlənilən havanın temperaturunun gün ərzində +31, +33 dərəcə isti olacağı gözlənilir.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı) avqustun 16-dək hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro) avqustun 16-dək hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +26, +28 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi yerlərdə küləyin güclənməsi ehtimalı var. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənməsi ehtimalı var. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi yerlərdə küləyin güclənməsi ehtimalı var. Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi yerlərdə küləyin güclənməsi ehtimalı var. Havanın temperaturu gündüz +22-24 dərəcə təşkil edəcək”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın