Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Yaşayış binasında baş verən yanğında 2 uşaq ölüb

453
Yaşayış binasında baş verən yanğında 2 uşaq ölüb
Dinləmək üçün basın

Zuqdididə gecə saatlarında baş verən yanğında iki uşaq həlak olub.

InterPress.ge xəbər verir ki, yanğın Bukia küçəsində, yaşayış binasının 6-cı mərtəbəsində baş verib.

Yanğın nəticəsində 6 yaşlarında olan qardaşlar ölüb. Xilasedicilər evdə olan daha iki azyaşlını xilas edə biliblər. Onlar təcili yardım briqadası tərəfindən klinikaya aparılıb.

Hadisə yerinə polis və bir neçə yanğınsöndürmə briqadası səfərbər edilib. Yanğının digər mərtəbələrə keçməsi təhlükəsi olsa da, bir neçə saatlıq işdən sonra xilasedicilər yanğını söndürə biliblər.

Yanğının səbəbi hələlik məlum deyil. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Daxili İşlər Nazirliyi Məcəlləsinin 188-ci maddəsinin 3-cü hissəsi ilə cinayət işi başlanılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →