Bolqarıstanda Gürcüstan üzərindən gətirilmiş heroin aşkar edilib
Bolqarıstan hüquq-mühafizə orqanlarının əməkdaşları Burqas limanında qoşqudan 35 milyon avro (təxminən 38 milyon dollar) dəyərində 436 kiloqram heroin götürüblər.
InterPress.ge xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.
Prokurorluğun məlumatına görə, bəyan edilmiş yükdə 434 bağlama narkotik vasitə gizlədilib.
Mövcud məlumata görə, treyler əvvəlcə Qırğızıstandan quru yolu ilə Gürcüstanın Batumi limanına daxil olub, daha sonra Qara dəniz vasitəsilə Burqasa aparılıb. Marşrutun son nöqtəsi Yunanıstan olub.
Bolqarıstan Prokurorluğunun Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İvan Sokolovun sözlərinə görə, bu şübhə treyler limanda qeyri-adi uzun müddət saxlandıqdan sonra yaranıb.
"Hələ ki, heç kim həbs olunmayıb və bu transsərhəd cinayətdə iştirak edən şəxs tapılmayıb", - rayon prokuroru George Çinev bildirib.
Bolqarıstanda narkotik ticarəti 20 ilə qədər həbslə cəzalandırılır.


