Sabahdan etibarən ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir
Avqustun 16-17-də Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, avqustun 18-dən isə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
InterPress.ge xəbər verir, Milli Ətraf Mühit Agentliyi 16-19 avqust tarixində gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Avqustun 16-17-də Tbilisidə qısamüddətli yağış, avqustun 18-19-da isə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +30, +32 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) avqustun 16-17-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, avqustun 18-19-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
Avqustun 16-17-də Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, güclü küləyin əsəcəyi ehtimalı var. Avqustun 18-19-da isə hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) avqustun 16-17-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, avqustun 18-19-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.


