Əhməd Abbasovun Zaur Darğallıyı tənqid etdiyi üçün təhdid edildiyini iddia edir
"Gürcü Arzusu"nun deputatı Zaur Darğallını sosial şəbəkədə tənqid etdiyinə görə, Əhməd Abbasov təhdid edilib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat "Formula" telekanalının efirində yayımlanıb.
"Formula"nın xəbərinə görə, işə "qanuni oğrular" da daxil edilib. Əhməd Abbasovu sosial şəbəkədəki şərhini qaldırmağa və üzr istəməyə məcbur ediblər. Parlament üzvünün özü ittihamları rədd edib, Abbasov isə ona qarşı fiziki şiddət göstərilə biləcəyini istisna etməyib.
Telekanalın efirində yayımlanan şüjetdə bildirilir ki, Marneuli Bələdiyyə Məclisinin üzvü olan Adil Qurbanov Əhməd Abbasova zəng edib və sosial şəbəkədən tənqid məzmunlu şərhi silməsini tələb edib. O bu tələbi rədd edib və bundan sonra vatsap tətbiqi vasitəsilə "oğru dünyası"nın üzvü onunla əlaqə saxlayıb və əgər şərhi silməsə, bu məsələni başqa yol ilə həll edəcəyini bildirib. Əhməd Abbasov hazırda Avropadadır və bildirib ki, "oğru dünyası"nın üzvləri onun hazırkı yerini bilinir və ailəsi və özünün təhlükəsizliyindən narahatdır.
Məsələ ilə bağlı Zaur Darğallı da açıqlama verib və bəyan edib ki, Abbasovu tanımır və qanuni oğrular ilə heç bir əlaqəsi yoxdur.


