Marneulidən olan iki şəxslə bağlı prokurorluq ittiham irəli sürdü
İki şəxs külli miqdarda pul tələb etməyə kömək etməkdə, o cümlədən başqa şəxslərin əşyalarını zədələməkdə və məhv etməkdə ittiham olunublar.
InterPress.ge xəbər verir ki, bu barədə prokurorluqdan bildirilib:
Gürcüstan Prokurorluğu iki nəfəri zorla külli miqdarda pul əldə etməyə kömək etməkdə, habelə başqalarının əşyalarını zədələməkdə və məhv etməkdə ittiham edib. Gürcüstan Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, Marneulidən olan təqsirləndirilən şəxslər xaricdə yaşayan bir şəxsə külli miqdarda pul qoparmağa kömək ediblər, bu zaman zərərçəkmişləri təhdid edərək külli miqdarda pul tələb ediblər, rədd cavabı aldıqdan sonra zərərçəkmiş şəxslərin müxtəlif növ əmlakına zərər vurub məhv ediblər.
Prokurorluğun vəsatətinə əsasən, məhkəmə hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.


