20 
Avq
2024
14:43
570

“Hüquq və İnteqrasiya Mərkəzi"nin müəllim heyəti “Yaşıl dünya naminə”  mövzusunda maarifləndirici seminar keçiriblər

Bolnisidə fəaliyyət göstərən "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin  təşkilatçılığı ilə mərkəzin müəllim heyəti, bir neçə icma mərkəzinin rəhbərləri ilə birlikdə Tsalka rayonunun Daşbaşı kəndində yerləşən "Kas land" körpü istirahət kompleksində “ Yaşıl dünya naminə”  mövzusunda maarifləndirici seminar keçirib.

InterPress.ge xəbər verir ki, səfər çərçivəsində kollektiv tərəfindən bir neçə il öncə fəaliyyətə başlamış "Kasland" istirahət mərkəzi ətrafında yerləşən şəlalə kompleksi və bir neçə müasir tikiliyə baxış keçirilib.

Gəzintinin sonunda yerli onlayn media subyektlərinin fəaliyyətində dayanıqlı təcrübələrin tətbiqinin təşviqi, müvafiq mövzu ilə əlaqədar həyata keçirilən maarifləndirmə və təbliğat işlərinin əhatə dairəsinin genişləndirilməsi, ekoloji məsələlərlə bağlı müxtəlif istiqamətlərdə maarifləndirmənin artırılması, Veb-sayt və sosial media hesablarında müxtəlif kampaniyaların təşkil edilməsi, media subyektləri tərəfindən dayanıqlı təcrübələrin fəaliyyətdə tətbiqinin stimullaşdırılması mövzusunda geniş fikir mübadiləsi aparılıb.


 

Bizimlə əlaqə saxlayın