Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Volker: "Müharibə Saakaşvilinin Putinə dediyi bu sözlə başladı"

1,395
Volker: "Müharibə Saakaşvilinin Putinə dediyi bu sözlə başladı"
Dinləmək üçün basın

Rusiya-Gürcüstan müharibəsinin səbəblərindən biri Gürcüstanın o zamankı Prezidenti Mixail Saakaşvilinin Rusiya Prezidenti Vladimir Putinin ünvanına səsləndirdiyi ifadələr oldu.

Rusiya-Gürcüstan müharibəsinin səbəblərindən biri Gürcüstanın o zamankı Prezidenti Mixail Saakaşvilinin Rusiya Prezidenti Vladimir Putinin ünvanına səsləndirdiyi ifadələr oldu.

InterPress.ge xəbər verir ki, bunu “Yevropeyskoye Pravda” qəzetinə müsahibəsində ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker deyib.

“Hesab edirəm ki, Saakaşvili öz dövləti üçün çox yaxşı şey edib, kifayət qədər islahat həyata keçirib, ABŞ və Qərblə effektiv münasibətlər qurub. Putin Saakaşvilinin ona qarşı seçdiyi sərt ritorikaya həddən artıq əsəbi reaksiya verib. Hesab edirəm ki, bu, Rusiya-Gürcüstan müharibəsinin niyə başlanmasının əsas səbəblərindən biri oldu və Rusiya-Gürcüstan normal münasibətlərini mümkünsüz etdi. Hazırkı Gürcüstan hakimiyyəti Rusiyaya münasibətdə fərqli ritorika seçib”, – deyə o bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →