Konstitusiya Məhkəməsində rus qanununa baxılması avqustun sonunda başlayacaq
Konstitusiya Məhkəməsində rus qanununa baxılması avqustun sonunda başlayacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən “Mtavari Arxi" telekanalına məlumat verilib.
Məlumata görə, hazırda son təşkilati işlər aparılır və yəqin ki, proses avqustun 29-30-da baş tutacaq.
Rus qanunu ilə bağlı Konstitusiya Məhkəməsində 4 iddia qaldırılıb. Qanunla bağlı prezident, qeyri-hökumət və media qurumları, eləcə də müxalifətdən olan deputatlar şikayət ediblər.
Xatırladırıq ki, beynəlxalq tərəfdaşların çağırışlarına və minlərlə şəxsin etirazına baxmayaraq, hakim partiya və onun Gürcüstan parlamentindəki peykləri mayın 28-də prezidentin vetosunu aşaraq qanunu üçüncü oxunuşda təsdiqləyib.
İddiaçılar qanunun ləğv edilməsini, o vaxta qədər isə məhkəmə prosesləri zamanı qanunun icrasının dayandırılmasını tələb edirlər.


