Yaxın günlərdə Gürcüstanda hava necə olacaq?-PROQNOZ
Yaxın günlərdə Gürcüstanda yüksək temperatur fonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu və küləyin güclənməsi ehtimalı var.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Qurumun məlumatına görə, Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +34, +36 dərəcə təşkil edəcək.
“Sahil ərazilərində (Batumi, Kobuleti, Anaklia, Poti): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +33, +35 dərəcə olacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, bəzi yerlərdə küləyin güclənəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +34, +36 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, bəzi yerlərdə küləyin güclənəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +34, +36 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsix, Borjomi, Duşeti, Tianeti, Fasanauri): şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, bəzi yerlərdə küləyin güclənəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz 25-27 dərəcə isti təşkil edəcək”, - məlumatda bildirilir.


