Qonşusunu qətlə yetirən şəxsə hökm oxunub
Gürcüstan Prokurorluğu Samtredia Bələdiyyəsində baş verən qəsdən adam öldürmə faktı ilə bağlı bir nəfərə qarşı ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, məlumatı prokurorluq yayıb.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, avqustun 20-də Samtrediada təqsirləndirilən şəxs qonşusuna kəsici-deşici alətlə bədəninin müxtəlif nahiyələrindən xəsarət yetirib. Zərərçəkmiş aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 10 ildən 15 ilədək həbsi nəzərdə tutan 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
Prokurorluğun vəsatəti əsasında məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib”, - prokurorluğun məlumatında deyilir.


