Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

“Yaşıl Dünya Naminə Həmrəylik İli - Gürcüstan“ yay düşərgəsi başlayıb - FOTO

696
“Yaşıl Dünya Naminə Həmrəylik İli - Gürcüstan“ yay düşərgəsi başlayıb - FOTO
Dinləmək üçün basın

Kobuletidə “Yaşıl Dünya Naminə Həmrəylik İli - Gürcüstan“ yay düşərgəsi başlayıb.

Kobuletidə “Yaşıl Dünya Naminə Həmrəylik İli - Gürcüstan“ yay düşərgəsi başlayıb.

InterPress.ge xəbər verir ki,  yay düşərgəsi Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin təşkilatçılığı və  Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilir.

Belə ki, həyata keçirilən düşərgədən öncə  iştirakçılar səhər saatlarında paytaxt Tbilisidə Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyduqdan sonra Kobuletiye yola düşüblər.

Kobuletidə baş tutan düşərgənin açılışını  GAİM-in içraçı direktoru Murad Muradov etdikdən sonra  iştirakçılara düşərgə haqqında ətraflı məlumat  verib layihənin məqsəd və önəmini vurğulayıb.

Azərbaycan Respublikasının Gürcüstan səfirliyinin  əməkdaşı Ramiz Hacızadə görüşə online qoşularaq,  Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyevin salamlarını çatdırıb. Həmçinin o, “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində görüləcək işlər və COP29 haqqında məlumat verib.

Daha sonra söz Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Məmmədova söz verilib.

S. Məmmədov iştirakçılara Komitə Sədri Fuad Muradovun salamlarını çatdıraraq Komitə tərəfindən həyata keçirlən layihələr barədə məlumat verib və gənclərə uğurlar arzu edib.

Qeyd edək ki, düşərgə boyuncə təlimlər Eco Centre-nin təsisçisi Tinatin Mağedani tərəfindən keçiriləcək.


 


 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →