23 
Avq
2024
14:16
312

Gömrükçülər bəyan edilməmiş 135 296 lari dəyərində qızıl aşkar ediblər

Avqustun 19-dan 21-dək gömrükçülər bəyan edilməmiş 135 296 lari qızıl aşkar ediblər.

InterPress.ge bu barədə məlumatı Gəlirlər Xidməti yayıb.

Agentlikdən verilən məlumata görə, “Tbilisi hava limanı” və “Sərp" gömrük-keçid məntəqələrində gömrük əməkdaşları şübhə əsasında xarici ölkə vətəndaşlarının həm fiziki, həm də ona məxsus baqajlarına/əl yüklərinə ətraflı baxış keçirib, külli miqdarda bəyan edilməmiş qızıl (ümumi çəkisi 653,2 qram) zərgərlik məmulatı aşkar edilib.

Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 135 296 lari təşkil edib.

Qanunu pozan vətəndaşların iş materialları cavablandırılması üçün Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təhvil verilib.

Bizimlə əlaqə saxlayın