24 
Avq
2024
14:31
265

Güclü külək Zuqdididə bir sıra fəsadlara yol açıb

Güclü külək və leysan yağış Zuqdidi bələdiyyəsinə ziyan vurub.

InterPress.ge xəbər verir ki, yerli hakimiyyət orqanlarından verilən məlumata görə, güclü külək nəticəsində ağacların aşması yollarda hərəkətə problem yaradıb.

Bələdiyyənin meriyasından verilən məlumata görə, hazırda təmizlik işləri intensiv şəkildə aparılır.

Həmçinin Zuqdididə güclü yağış və külək bir neçə yerdə əsrlik ağacları aşırıb. Zuqdidi Referal Xəstəxanasının həyətində 2 ağac aşıb və yaxınlıqda dayanan avtomobillərə ziyan dəyib. 5 avtomobil xarab olub. Təbii fəlakət zamanı avtomobillər boş olub və xəsarət alan olmayıb. Bu mərhələdə təmizlik xidməti işlərinə davam edir.

Aşan ağac “Kurasio” tibb mərkəzinin binasının fasadını və pəncərələrini zədələyib.

Yerli sakinlərin sözlərinə görə, uzun müddətdir ki, küçələrdəki drenaj kanalları səliqəsizləşib və tıxanıb. Bu səbəbdən həyətlərə, ticarət obyektlərinə su daxil olub.

 

Bizimlə əlaqə saxlayın