25 
Avq
2024
12:18
402

Poniçalada iki nəfəri yaralayan şəxs saxlanılıb

Polis Poniçalada iki nəfəri yaralayan şəxsi  saxlayıb.

InterPress.ge xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliy məlumat yayıb.

Nazirliyin məlumatına görə, DİN Tbilisi Polis İdarəsinin İsani-Samqori Baş Bölməsinin əməkdaşları həmin idarənin Vake-Saburtalo və Əməliyyatçılar Baş İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə 2005-ci il təvəllüdlü L.T. ikiə nəfərə qarşı qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinərək saxlanılıb.

Cinayət 9 ildən 13 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“İstintaq müəyyən edib ki, bu il avqustun 24-də Tbilisinin Zemo Poniçala qəsəbəsində  yerləşən binalardan birində təqsirləndirilən şəxs iki nəfərə - 1997-ci il təvəllüdlü D.Ş. və 1972-ci il təvəllüdlü M.Z.-ya soyuq silahla bədəninə xəsarətlər yetirərək hadisə yerindən qaçıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb, onlara müvafiq tibbi yardım göstərilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları L.T.-nı Hadisədən qısa müddət sonra həbs edib.

Polis cinayət silahını - bıçağı sübut kimi götürüb.
İki nəfərə qarşı qəsdən sağlamlığa ağır zərər vurma faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 3-cü hissəsi ilə istintaq davam etdirilir”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın