26 
Avq
2024
10:14
876

Yanacaqdoldurma məntəqəsində partlayış nəticəsində güclü yanğın olub

Gürcaanidə yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib və ardınca güclü yanğın olub.

InterPress.gr xəbət verir ki, hadisə zamanı stansiya işçiləri və müştərilər orada olub.

Nəticədə avtomobil yanıb, yanacaqdoldurma məntəqəsinin konstruksiyasına ziyan dəyib. Bir nəfər xəsarət alaraq Gürcaani "Geohospitals" xəstəxanasına yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım briqadaları və polis səfərbər edilib.

 

Bizimlə əlaqə saxlayın